Bakıda bu yollarda sıxlıq var - SİYAHI 

Bakıda bu yollarda sıxlıq var - SİYAHI 

Hazırda oxunan: Bakıda bu yollarda sıxlıq var - SİYAHI 

81452

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarını açıqlayıb.

Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər, Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas və kənar yolda, Tbilisi prospektində, 20 Yanvar dairəsindən Ak.Həsən Əliyev küçəsi istiqamətində Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyədək sıxlıq müşahidə olunur. 

Həmçinin, Rövşən Cəfərov küçəsində, 20 Yanvar dairəsindən Ziya Bünyadov prospektinə gedən yolda, Binəqədi şossesində - mərkəz - Azadlıq prospekti metro stansiyası istiqamətində, Ziya Bünyadov prospektində - Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində, Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər əsas və kənar yolda da sıxlıq var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO