Qış parkının yaxınlığındakı yanğınla bağlı AÇIQLAMA – VİDEO 

Qış parkının yaxınlığındakı yanğınla bağlı AÇIQLAMA – VİDEO 

Hazırda oxunan: Qış parkının yaxınlığındakı yanğınla bağlı AÇIQLAMA – VİDEO 

81449

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Qış parkı"nın yaxınlığında baş vermiş yanğınla bağlı növbəti dəfə məlumat yayıb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, gecə saatlarında FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva və R.Rza küçələrinin kəsişməsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. 

Havanın güclü küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin hadisəyə operativ müdaxiləsi və peşəkarlıqları sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda "BMW" yandı - ANBAAN VİDEO


Yanğın nəticəsində tikinti meydançasının ərazisində hər birinin sahəsi 15kv.m olan dəmir konstruksiyalardan ibarət 2 ədəd gözətçi konteynerinin taxta üzlüyü və içərisində olan əşyalar, 100kv.m. sahəyə yığılmış tikinti materialları, 1 ədəd ağac və yaxınlıqda dayanmış vətəndaşlara məxsus “Mercedes-200” və “Nissan Pathfinder” markalı minik avtomobillərinin yanar hissələri yanıb.

Ərazidə olan digər tikinti materialları, yaxınlıqda dayanmış avtomobillər və yaxınlıqdan keçən diametri 159mm olan qaz xətti yanğından mühafizə olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO