Kanala aşan avtomobil gilasla dolu olub - Axtarışlar davam etdirilir

Kanala aşan avtomobil gilasla dolu olub - Axtarışlar davam etdirilir

Hazırda oxunan: Kanala aşan avtomobil gilasla dolu olub - Axtarışlar davam etdirilir

81425

Qubada ötən gecə körpüdən Samur-Abşeron kanalına düşən şəxsin Xaçmaz rayonunun Qımılqışlaq kənd sakini, 27 yaşlı Rəvan Əmirovun axtarışları gün ərzində davam etdirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  Qubanın Qımılqışlaq kənd sakini, 28 yaşlı Sərxan Əlixanov idarə etdiyi "Ford Tranzit"markalı avtomobillə Hacıhüseynli kəndi ərazisində hərəkət edərkən avtomaşın körpüdən suya aşıb.

Sürücü çətinliklə suya düşən avtomobildən çıxsa da, sərnişin Rəvan Əmirovu və avtomobili su aparıb.

Avtomobil bu gün səhər saatlarında sudan çıxarılsa da, mərhum Rəvan Əmirovun meyitini tapmaq hələ də mümkün olmayıb. 

Qeyd edək ki, avtomaşın gilasla dolu olub. Sürücü və yanındakı sərnişini gilası soyuducu anbara aparırdıqları deyilir.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO