İntihar edən ginekoloqun rəfiqəsi hər şeyi açıqladı:

İntihar edən ginekoloqun rəfiqəsi hər şeyi açıqladı: "Dünən xəstəxanada..." - VİDEO

Hazırda oxunan: İntihar edən ginekoloqun rəfiqəsi hər şeyi açıqladı: "Dünən xəstəxanada..." - VİDEO

81415

Xəbər verdiyimiz kimi, ötən gün paytaxtın Yasamal rayonu İnşaatçılar prospektində tanınmış ginekoloq 38 yaşlı Xalidə Kəngərli özünün yaşadığı binanın 10-cu mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı "ATV Xəbər"in əməkdaşları intihar edən həkimin yaşadığı ünvana gedib. 

Hadisə yerinə gələn mərhumun rəfiqəsi bildirib ki, X.Kəngərlinin intiharı ilə bağlı xəbəri eşidərkən şok yaşayıb. Çünki həkimin belə bir addım atacağını düşünməyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Tanınmış ginekoloqun ölüm səbəbi MƏLUM OLDU – Hadisə şahidi DANIŞIR - ÖZƏL


"Ötən gün xəstəxanada idi. Yenədə pozitiv və gülərüz görünürdü. Xalidə çox güclü qadın idi. Ağlımıza gətirə bilməzdik ki, belə bir hadisə ola bilər".

Qeyd edək ki, Xalidə Kəngərlinin intiharı ilə bağlı cinayyət işi açılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iyunun 27-də saat 17 radələrində 1984-cü il təvəllüdlü Xalidə Kəngərlinin paytaxtın Yasamal rayonu ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından özünü ataraq öldürməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO