Simens qardaşları Azərbaycandan oğurluq ediblərmi? - Almaniya səfirindən ÖZƏL AÇIQLAMA

Simens qardaşları Azərbaycandan oğurluq ediblərmi? - Almaniya səfirindən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Simens qardaşları Azərbaycandan oğurluq ediblərmi? - Almaniya səfirindən ÖZƏL AÇIQLAMA

81385

“Şirkətin yaradıcıları haqqında səslənənən şayələr əsassızdır və bu gün “Simens” şirkəti ilə Azərbaycanın çox yaxşı münasibətləri var”

Bu sözləri Bizim.Media-ya verdiyi özəl açıqlamada Almaniyanın Azərbaycandakı Fövqaladə və Səalhiyyətli səfiri Wolfgang Manig söyləyib.

1914-cü ildə Simens qardaşlarının müəmmalı şəkildə Azərbaycanı tərk etməsi ilə bağlı danışan səfir söyləyib ki, qardaşların Azərbaycanı tərk etməsi yalnız onların buradakı missiyasının başa çatması ilə əlaqədar olub.
“Tarixi faktlara söykənərək “Simens” şirkətinin qurucuları olan Simens qardaşlarının Azərbaycanı tərk etməsi onların burada olan planlarını başa çatdırması ilə əlaqədardır. Azərbaycanda ilk dəfə genişmiqyaslı misəritmə zavodu açan alman qardaşlar bununla Azərbaycan sənayesinə böyük töhfə vermiş sayılırlar. Azərbaycanda bu böyüklüyündə bir zavodun açılması sənayedə yeni bir inqilaba bənzəyirdi”.

“Simens” şirkətinin yaradıcısı olan Simens qaraşlarının həmin dövrdə Azərbaycandan mis adı ilə qızıl çıxarması və birinci dünya müharibəsinin başladığını eşidən zaman tələm-tələsik Azərbaycandan qaçması barədə fikirləri Wolfgang Manig gülüşlə qarşılayıb:

“Qardaşların belə hərəkət etməsi iddiaları doğru deyil, çünki həmin dövrdə yollarda gömrük məntəqələrini əvəz edən məntəqələr olub və onların heç biri Simens qardaşlarının nəzarətində olmayıb. Bildiyiniz kimi o zamanlar Azərbaycanda görülən bütün işlərə nəzarəti ruslar həyata keçirirdilər. Çar Rusiyası qardaşların Azərbaycandan mis adıyla qızıl çıxarmasına heç bir halda razı olmazdı”.

Səfir onu da əlavə edib ki, Simens qardaşları da digər almanlar kimi Azərbaycandan öz müsbət töhfələrini əsirgəməyiblər:

“Bildiyim qədəriylə Simens qardaşları o zaman Azərbaycana ən müasir texnologiyaları gətirmiş və minlərlə işçini zavodda işləməyə cəlb etmişdilər. Tək onlar yox, Azərbaycanda yaşayan bütün almanlar Azərbaycana zamanla töhfələr veriblər və mən xoşbəxtəm ki, burada səfir olarkən tarixi alman məskənlərini xüsusilə incələmək imkanım olub”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO