“İşğaldan azad olunmuş rayonlarda yol infrastrukturu əsaslı şəkildə yenidən qurulur. Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunel də bu layihələr arasında xüsusi yer tutur. Hazırda iki çıxış, iki giriş olmaqla, dörd hissədə tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Bir istiqamət üzrə iki kilometr, ümumilikdə isə, Murov dağı tuneli üzrə 4 kilometr hissədə qazma, partlatma və ilkin betonlama işləri başa çatıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin layihələr üzrə mühəndisi Əyyub Hüseynov səsləndirib.
O qeyd edib ki, Toğanalı-Kəlbəcər avtomobil yolunun ümumi uzunluğu 56 kilometr, tunellərin ümumi uzunluğu isə 25,2 kilometr təşkil edir. Layihə üzrə 4 tunelin tikintisi, 191 ədəd düzbucaqlı və dairəvi boru olmaqla, su ötürücü boruların inşası, 6 körpünün inşası nəzərdə tutulub.
“Tunel üzrə qazma-partlatma işlərinin 2024-cü ilin axırına tamamlanması planlaşdırılır. Bundan sonra yardımçı tikililərin inşasına başlanacaq.
Tuneldə havalandırma, işiqlandırma və digər yol avadanlıqlarının quraşdırılması işləri 2025-ci ilin sonunadək tamamlanacaq”, - deyə mühəndis vurğulayıb.
Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:52 / 28.06.2022
Murovdağ tunelinin tikintisi bu tarixdə başa çatacaq - FOTO
Hazırda oxunan: Murovdağ tunelinin tikintisi bu tarixdə başa çatacaq - FOTO
Hazırda oxunan: Murovdağ tunelinin tikintisi bu tarixdə başa çatacaq - FOTO
81337
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.