"İqtidarın balanslaşdırma siyasəti iflasa uğramaqdadır. Avropa Parlament və məhşur media qurumları Azərbaycanda siyasi məhbus məsələsini qabartması iqtidarı çətin vəziyyətə salıb.
Avropa parlamentarilərinin Azərbaycanda olan siyasi məhbuslrın şəkli əks olunan köynəkləri geyinərək iclasa qatılması iqtidarı hiddətləndirdi. İqtidar bir qrup gənci Avropa İttifaqının Bakı ofisinin qarşısına çıxararaq onlara güc nümayiş etdirmək istədi. Amma burda məntiqsizlik var, bir tərəfdən ölkədə Avropa Ouynları keçirilir, digər tərəfdən isə Avropanı pisləyirlər. Bu zaman ortaya belə bir sual çıxır, əgər Avropanı sevmrsinizsə niyə ölkədə belə bir tədbir keçirisiz? Yaxud da ölkədə bu qədər siyasi məhbus, sərbəst toplaşmaq problemləri olduğu halda hansı kriteriyalara əsasən ölkəmizi dünyaya tanıtmaq istəyirsiz? Həmçinin itqidar qeyd edir ki, onlar bu oyunlardan istifadə edərək Qarabağ həqiqətlərini dünyaya çatdıracaqlar. Amma reallıq budur ki, təbliağatda biz ermənilərə məğlub oluruq. Azərbaycan artıq regionda təklənib normal ölkələrlə əlaqələrimiz çox aşağı səviyədədir. Biz Avopa ölkələrində insan haqları ilə bağlı təşkil olunan panellərdə daha çox iki ölkənin Azərbaycan ve belarusun adına rast gəlirik. Ermənilər azadlıq baxımından bizdən irəlidədir. Dünən baş tutan tədbir Azərbaycan üçün heç bir müsbət nəticə verməyəcək. Mən inanmaq istəyirəm ki, iqtidar daxilində olan normal insanlar heç olmasa bu vəziyyətdə normal addım atacaqlar.
Moderator.az-ın verdiyi xəbərə görə, bu sözləri D18 hərəkatının sədri Ruslan İzzətli bir qrup gəncin dünən Avropa İttifaqının Bakı ofisi qarşısında keçirdiyi aksiyaya münasibət bildirərkən deyib.
Qeyd edək ki, dünən bir qurup gənc Avropa İttifaqının Bakı ofisi önündə aksiya keçirərək qurumu Bakıda keçirilən Avropa Oyunlarını siyasiləşdirməkdə ittiham edib.
Xəyal Əzizov































































































