Xəbər verildiyi kimi, 14 mart 2021-ci il tarixdə Şirvan şəhər sakini, 1952-ci il təvəllüdlü Bəhruzə Rəsulovanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şirvan şəhər prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Şirvan şəhər prokurorluğu yayıb.
Aparılmış istintaqla, zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Alim Rəsulovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Bəhruzə Rəsulovanı əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Alim Rəsulov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:48 / 28.06.2022
Şirvanda 54 yaşlı kişi bacısını boğub öldürdü
Hazırda oxunan: Şirvanda 54 yaşlı kişi bacısını boğub öldürdü
Hazırda oxunan: Şirvanda 54 yaşlı kişi bacısını boğub öldürdü
81271
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.