Allahşükür Paşazadə İƏT-in Baş katibi ilə görüşdü

Allahşükür Paşazadə İƏT-in Baş katibi ilə görüşdü

Hazırda oxunan: Allahşükür Paşazadə İƏT-in Baş katibi ilə görüşdü

81218

İyunun 27-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha və İƏT-ə üzv dövlətlərin turizm nazirləri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən Şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının müsəlmanların siyasi, ictimai mənafelərinin ən yüksək səviyyədə təmsilçisi və müdafiəçisi kimi beynəlxalq etimad və ehtiram qazandığını deyib.

Allahşükür Paşazadə bildirib ki, İƏT ölkələrinin turizm nazirlərinin Bakıda bir araya gəlməsi əlamətdar və vacib hadisədir. 

O, Forumun işinə xeyir-dualar diləyib, bütün iştirakçılarına ən xoş arzularını yetirib.

Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahaya və Özbəkistanın Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduxakimova xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, görüşdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, xarici işlər nazirinin müavini Fariz Rzayev, Milli Məclisin deputatları, Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO