Nəvəsinin öldürdüyü şairə ilə bağlı yeni detallar - VİDEO 

Nəvəsinin öldürdüyü şairə ilə bağlı yeni detallar - VİDEO 

Hazırda oxunan: Nəvəsinin öldürdüyü şairə ilə bağlı yeni detallar - VİDEO 

81175

Sumqayıtda tanınmış aşıq qətlə yetirilib. Hadisə şəhərin 1-ci məhəlləsində 1 saylı binada qeydə alınıb.

Bizim.Media xəbər verir ki, 84 yaşlı qadın mənzilində öldürülüb. İddia edilir ki, cinayət nəvəsi tərəfindən törədilib.

Qeyd edək ki, Qənirə Mehdixanlı tanınmış aşıq və şairə olub. Poeziya evinin direktoru İbrahim İlyaslı deyir ki, hadisə baş verən gün mərhum işdə olub.

Xəzər Xəbər bildirir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə aparılmış ilkin araşdırmalarla zərərçəkmişin nəvəsi 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənirə Mehdixanlını iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb. Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO