104 il öncə Azərbaycanda türk dili rəsmi dövlət dili elan OLUNUB - FOTO

104 il öncə Azərbaycanda türk dili rəsmi dövlət dili elan OLUNUB - FOTO

Hazırda oxunan: 104 il öncə Azərbaycanda türk dili rəsmi dövlət dili elan OLUNUB - FOTO

81145

Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) müsəlman şərqində ilk parlamentli respublika, türk və islam dünyasında isə ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olub. AXC dövründə digər sahələrdə olduğu kimi xalq təhsilinin inkişafı üçün də böyük işlər görülüb, mühüm islahatlar həyata keçirilib.

Bizim.Media xəbər verir ki, AXC-nin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən birindən bu gün 104 il keçir.

Belə ki, hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dili rəsmi olaraq dövlət dili kimi elan olunub:

“Dövləti lisan türk dili qəbul edilərək, içəridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili //kurslar.az/ istemalına da müsaidə edilsin”.
Bu dövrə qədər (həm 20-ci əsrdə, həm də xüsusilə XX əsrin əvvəllərində) böyük Azərbaycan ziyalıları Azərbaycanda ana dili ilə yanaşı dil prosesləri haqqında da müəyyən şərh və təkliflər irəli sürüblər. Amma Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından cəmi bir ay sonra, 1918-ci il iyunun 27-də Azərbaycan (türk) dilinin rəsmi dövlət dili elan edilməsi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yaradılmış milli ideologiyanın bilavasitə nəticəsi idi.

Hökumətin qərarına əsasən, ölkədə məhkəmə, idarəetmə və digər vəzifələrə rəhbərlik edən şəxslər dövlət dilini lazımi səviyyədə öyrənənə qədər dövlət qurumlarında rus dilinin tətbiqinə icazə verilib.
Azərbaycan dili Cənubi Azərbaycanda, eləcə də bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana dilidir. Müasir günümüzdə də dövlətin dillə bağlı verdiyi sərəncamlar Azərbaycan dilinin həmişə diqqət mərkəzində saxlanılmasına daha bir nümunədir.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO