Cahit Bağçı: “Azərbaycan ordusu daim cəngə hazırdır”

Cahit Bağçı: “Azərbaycan ordusu daim cəngə hazırdır”

Hazırda oxunan: Cahit Bağçı: “Azərbaycan ordusu daim cəngə hazırdır”

81055

“Mən başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını Silahlı Qüvvələrin yaradılmasının 104 illiyi münasibətilə təbrik edirəm. Ümummilli Lider Heydər Əliyevin 26 iyunu Silahlı Qüvvələr günü kimi qeyd edilməsi qərarı əslində iki dövlətin hərb sahəsində birgə əməkdaşlığının təməli qoyulub.

Türkiyə ordusu 30 ildır ki, Azərbaycan ordusunun yenidən formalaşdırılması və müasirləşdirilməsi istiqamətində bütün səylərini ortaya qoyub. Ən önəmlisi odur ki, Azərbaycan əsgər və zabitləri dünyada müasir ordu modelinin qurulması biliklərini Türkiyədə alırlar.

Azərbaycanın istər quru qoşunları, istər hava hücumundan müdafiə sistemləri qoşunlarının, dəniz piyadaları qoşunlarının, sərhəd qoşunlarının, xüsusi təyinatlıların hazırlanması və yetişdirilməsində Türkiyə qardaş ölkə kimi yaxından iştirak edir”.

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna Gəncədə səfərdə olan Türkiyənin Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı verib.

O vurğulayıb ki, bu gün hərb sahəsində Azərbaycan Türkiyənin ən sıx əməkdaşlıq etdiyi ölkədir və biz qardaşlarımızın Qafqazda ən güclü bir orduya malik dövlət olmasını, hər bir vəziyyətə hazır olmasını arzulayırıq.

“Bu gün tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan ordusu regionda ən güclü, ən intizamlı və müasir silahlarla, bacarıqlı hərbi heyyətə malik müasir ordulardan biridir. Azərbaycan ordusu modernləşdirilib. Bizdə belə bir deyim var: “Hazır ol cəngə, əgər istərsən sülh”. Azərbaycan ordusu daim cəngə hazırdır” deyə Cahit Bağçı əlavə edib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO