Tərtərdə yerləşən “N” saylı hərbi hissədə tədbir təşkil olunub.
Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, tədbirdə Tərtər rayon ictimayyətinin nümayəndələri, Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər və N saylı hərbi hissənin şəxsi heyəti heyyəti iştirak edib.
Silahlı Qüvvələr Günü münasibəti ilə təşkil olunmuş mərasim Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə start götürüb.
Sonra rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədov və Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Mövsümova çıxış edərək hərbçiləri Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib, onlara şərəfli işlərində uğurlar arzulayıb.
Qeyd edilib ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbə Azərbaycan xalqının Qarabağ nisgilinə son qoydu.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.
Bayram münasibəti ilə yerli incəsənət xadimləri Milli ordumuzun zabit və əsgər heyəti qarşısında konsert proqramı ilə çıxış edib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ Bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:14 / 26.06.2022
Hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr verildi - FOTO
Hazırda oxunan: Hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr verildi - FOTO
Hazırda oxunan: Hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr verildi - FOTO
81039
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.