Sabirabadda avtomobil traktorla toqquşdu – Ölən və yaralananlar var

Sabirabadda avtomobil traktorla toqquşdu – Ölən və yaralananlar var

Hazırda oxunan: Sabirabadda avtomobil traktorla toqquşdu – Ölən və yaralananlar var

81018

Sabirabadda 1 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumatına görə, hadisə rayonun kənd ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil traktorla toqquşub.

Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində ölüb. Üç nəfər - Sabirabadın Çiçəkli kənd sakinləri, 1987-ci il təvəllüdlü Məmmədov Vüsal Vaqif oğlu, 2010-cu il təvəllüdlü Məmmədov Rəhman Vüsal oğlu və 1993-cü il təvəllüdlü Xankişiyev Şəmistan Sabir oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO