Daşkəsəndə maşın çaya aşdı: 1 ölü, 2 yaralı var

Daşkəsəndə maşın çaya aşdı: 1 ölü, 2 yaralı var

Hazırda oxunan: Daşkəsəndə maşın çaya aşdı: 1 ölü, 2 yaralı var

81015

Daşkəsəndə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Quşçu kəndində hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Qoşqar çayının üzərindəki körpüdən aşıb.

Qəza zamanı 27 yaşlı Ruslan Cabbarov və 32 yaşlı Rövşən Alıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bir nəfər hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO