Yaxın 2 il ərzində Bakı şəhərində 100 smart dayanacağın quraşdırılması nəzərdə tutulur.
Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Məlumata görə, Bakı şəhərində smart tipli avtobus dayanacaqlarının quraşdırılması işləri davam etdirilir. Yeni dayanacaqların quruşdırılması Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi və KOBİA-nın birgə dəstəyi ilə həyata keçirilir.
Bildirilir ki, dövlət-özəl əməkdaşlığı çərçivəsində həyata keçirilən layihə tam olaraq özəl sektor tərəfindən maliyyələşdiriləcək və idarə olunacaq.
Qeyd olunub ki, smart avtobus dayanacaqları tamamilə yerli istehsaldır.
Qeyd edək ki, ilk smart avtobus dayanacağı Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində, “Memar Əcəmi” metrostansiyasının çıxışının yanında, pilot Hüseynbala Əliyevin adını daşıyan küçədə quraşdırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:46 / 25.06.2022
Bakıda daha 100 kondisionerli dayanacaq quraşdırılacaq – FOTOLAR
Hazırda oxunan: Bakıda daha 100 kondisionerli dayanacaq quraşdırılacaq – FOTOLAR
Hazırda oxunan: Bakıda daha 100 kondisionerli dayanacaq quraşdırılacaq – FOTOLAR
80954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.