Şabranda anasını öldürən şəxsin məhkəməsi başlayır

Şabranda anasını öldürən şəxsin məhkəməsi başlayır

Hazırda oxunan: Şabranda anasını öldürən şəxsin məhkəməsi başlayır

80925

Şabran rayonunda anasını qətlə yetirməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Məhəmməd Nazırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.  

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Fikrət Əliyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.  
İttihama görə, hadisə bu ilin martında Şabran rayonunda baş verib. M.Nazırov anası, 1953-cü il təvəllüdlü Nuriyyə Nəzirovanın bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla çoxsaylı zərbələr vurub.  

Qadın aldığı xəsarətlərdən ölüb. M.Nazırov hadisəni törədəndə sərxoş vəziyyətdə olub. O, narkotik aludəçisi olub. 

İstintaq orqanı tərəfindən M.Nazırovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO