Azərbaycanda ərli qadın intim münasibətdə olduğu sevgilisi tərəfindən şantaj edilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə Şəmkir rayonunda baş verib.
Şəmkir rayon sakini, 1996-cı il təvəllüdlü Ceyhun Hüseynov tanışı Lalə (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.
Sonra Ceyhun sevgilisini şantaj etməyə başlayıb. O, Lalə ilə cinsi əlaqədə olan zaman bu hərəkətləri videoya çəkib.
Bu çəkilişlərin yayılmaması üçün Lalədən 300 manat və qızıl-zinnət əşyaları verməsini tələb edib. Lalə qızılları və pulu verməkdən imtina edib. Bundan əsəbiləşən Ceyhun Lalənin evinə gəlib. Pəncərədən onun yatdığı otağa girən Ceyhun qadının saçlarından tutaraq yerdə sürüyüb.
Daha sonra ondan pul və qızıl verməsini tələb edib. Əks halda aralarında olan intim görüntüləri yayacağını, həm də ərinə göndərəcəyini deyib.
Bundan sonra Lalə hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında Ceyhunun barəsində Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu gəlmə) maddəsi ilə ittiham elan edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Ceyhun apellyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, əməlində cinayət tərkibi olmayıb. Ceyhun bildirib ki, qadından borc pul istəyib.
Ceyhun deyib ki, qadını şantaj etməyib və onunla bağlı olan intim görüntüləri yaymaqla hədələməyib.
Zərərçəkmiş şəxs isə ifadəsində göstərib ki, Ceyhun onu şantaj edib, pul və qızıl tələb edib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Ceyhunun apellyasiya şikayəti qismən təmin edilib. Onun cəzası 5 ilə qədər azaldılıb.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:19 / 25.06.2022
Ərli qadını intim münasibətdə olduğu sevgilisi ŞANTAJ ETDİ – Şok olayın TƏFƏRRÜATI
Hazırda oxunan: Ərli qadını intim münasibətdə olduğu sevgilisi ŞANTAJ ETDİ – Şok olayın TƏFƏRRÜATI
Hazırda oxunan: Ərli qadını intim münasibətdə olduğu sevgilisi ŞANTAJ ETDİ – Şok olayın TƏFƏRRÜATI
80922
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.