Ucarda zəncirvari QƏZA - Yaralılar var 

Ucarda zəncirvari QƏZA - Yaralılar var 

Hazırda oxunan: Ucarda zəncirvari QƏZA - Yaralılar var 

80900

Bakı-Qazax yolunda zəncirvari qəza baş verib, xəsarət alanlar var. 

Bizim.Media xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. 

Ucar rayon sakini, 1994-cü il təvəllüdlü Asif Rais oğlu Məmmədovun idarə etdiyi traktor, Biləsuvar rayon sakini, 1996-cı il təvəllüdlü Cavad Cavid oğlu Qurbanlının idarə etdiyi “Mercedes”, Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Rizvan Səttar oğlu Nəsirovun idarə etdiyi “Ford” və Qazax rayon sakini, 1969-cu il təvəllüdlü İsmayıl Süleymanovun idarə etdiyi “Ford tranzit” markalı maşın toqquşub. 

Apa.az-ın məlumatına görə, traktorda olan sərnişin, 1967-ci il təvəllüdlü Rais Əsurət oğlu Məmmədov, “Mercedes”in sürücüsü C.Qurbanlı və sərnişinləri - Quba rayon sakini, 1995-ci il təvəllüdlü İxtiyar Bəxtiyar oğlu Abdullayev və Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü İlkin Ceyhun oğlu Hüseynov aldıqları müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO