Bakıdan çıxan ilk sərnişin avtobusu Füzuliyə çatdı - YENİLƏNİB

Bakıdan çıxan ilk sərnişin avtobusu Füzuliyə çatdı - YENİLƏNİB

Hazırda oxunan: Bakıdan çıxan ilk sərnişin avtobusu Füzuliyə çatdı - YENİLƏNİB

80897

Bakıdan yola düşmüş ilk sərnişin avtobusu Füzuliyə çatıb. 

Bizim.Media xəbər verir ki, avtobus bu gün səhər saatlarında Bakı beynəlxalq və şəhərlərarası avtovağzalından yola düşüb. 

Füzuliyə gəlmiş sərnişinlər Mərdinli kənd məscidini, şəhərin mərkəzini və Füzuli Beynəlxalq Hava Limanını ziyarət edəcəklər. 

Qeyd edək ki, avtobusun tutumu 59 nəfərdir və birinci reys üçün bütün biletlər satılıb.

*** 08.47

"Bu gün işğaldan azad edilmiş ərazilərə üçüncü müntəzəm avtobus reysimiz başlayır". 

Bizim.Media xəbər verir ki, bunu Füzuli şəhərinə bu gün ilk müntəzəm avtobus reysinin açılış mərasimində Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib. 

Xidmət rəisi bildirib ki, bu, yeni Bakı-Füzuli-Bakı maşrutudur: 

"Reyslər bu mərhələdə həftədə bir dəfə olmaqla şənbə günü təşkil olunacaq. Növbəti mərhələdə tələbatı təmin edərək reyslərin sayını artıracağıq. Bu da təhlillərdən asılı olacaq. Reys Şuşa və Ağdam reysi ilə tamamilə eyni formatda təşkil olunur. Avtobus və sərnişinlər Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müşayiət olunacaq. Ziyarət yerlərində bələdçilər olacaq”. 

Report.az-ın məlumatına görə, sərnişinlər tarixi və mənəvi abidələrimizi ziyarət edə biləcəklər. A.Rzayevin sözlərinə görə, bu mərhələdə Merdinli kənd məscidi, Füzuli şəhərinin mərkəzi, yeni Beynəlxalq Füzuli Hava Limanı və Qarğabazar Karvansaray kompleksi ziyarət olunacaq: 

“Növbəti mərhələlərdə digər abidələr də ziyarət olunan yerlərə əlavə ediləcək. Biletlər yalnız "Yolumuz Qarabağa" portalı üzərindən onlayn qaydada satılır. Kassalarda bilet yoxdur". 

A.Rzayev qeyd edib ki, Füzulini ziyarət etmək istəyənlərin aktivliyi kifayət qədər yüksək olub. İlk reysdə bütün biletlər satılıb. Avtobus 59 nəfərlikdir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO