Zaqatalada qaydaları pozan 25 sürücü CƏRİMƏLƏNDİ

Zaqatalada qaydaları pozan 25 sürücü CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Zaqatalada qaydaları pozan 25 sürücü CƏRİMƏLƏNDİ

80890

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, sürücülər tərəfindən qaydalara riayət olunmasına nəzarətin gücləndirilməsi məqsədi ilə şəhər ərazisində növbəti profilaktik tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbir zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, təhlükəli manevrlər etməklə özü ilə yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər yol polisi əməkdaşları tərəfindən müəyyən olunub.

Onlarla izahedici söhbətlər aparılıb və ümumilikdə 25 sürücü barəsində inzibati protokol tərtib edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO