Müavinət, təqaüd və ünvanlı sosial yardımlar ÖDƏNİLDİ

Müavinət, təqaüd və ünvanlı sosial yardımlar ÖDƏNİLDİ

Hazırda oxunan: Müavinət, təqaüd və ünvanlı sosial yardımlar ÖDƏNİLDİ

80880

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödənilib.

Qurumdan Bizim.Media-ya verilən məlumata görə, vətəndaşlar həmin sosial ödənişləri onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Beləliklə, iyun ayının sosial təminat növləri üzrə bütün sosial ödənişləri bu gün yekunlaşıb.

İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, iyunun 14-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO