Xudatda şəhidlərlə bağlı xatirə kompleksinin açılışı oldu - FOTO

Xudatda şəhidlərlə bağlı xatirə kompleksinin açılışı oldu - FOTO

Hazırda oxunan: Xudatda şəhidlərlə bağlı xatirə kompleksinin açılışı oldu - FOTO

80877

Xaçmazın Xudat şəhərində şəhidlərin xatirə-bulaq kompleksinin açılışı olub.

Bizim.Media xəbər verir ki, 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində salınan yeni kompleksdə Birinci Qarabağ və Vətən müharibələrində şəhid olan igid oğulların xatirə lövhələri yer alıb. 

Müasir memarlıq üslubunda inşa edilən xatirə kompleksinin ətrafında dekorativ ağaclar əkilib, oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. 

Açılış mərasimində Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi ordu-dövlət-xalq birliyindən, şəhidlərin qanlı döyüşlərdəki igidliklərindən geniş söz açılıb.
Xaçmaz rayonun icra başçısı Elnur Rzayev çıxışında şəhid analarına igid oğullar böyütdükləri üçün təşəkkür edib. 

Qeyd edilib ki,onların göstərdiyi şücaət unudulmur və əmanət qoyub getdiyi ailələrinin problemlərinin həlli dövlətin nəzarəti altındadır.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO