Bakıda 29 marşrut xətti üzrə avtobuslar gecikir

Bakıda 29 marşrut xətti üzrə avtobuslar gecikir

Hazırda oxunan: Bakıda 29 marşrut xətti üzrə avtobuslar gecikir

80871

Vahid Dispetçer Mərkəzinin məlumatına əsasən, axşam pik saatlarında müxtəlif küçə və prospektdə müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən ümumilikdə 29 müntəzəm marşrut xətti üzrə avtobuslar gecikmə ilə hərəkət edir.

Mərkəzdən Bizim.Media-ya daxil olan məlumata görə, həmin marşrutlar aşaxıdakı kimidir:

1. Bakı-Sumqayıt şosesi–Şamaxinkadan 20 Yanvar istiqamətində 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə yaxın gecikmə müşahidə olunur.

2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda da 20 Yanvar dairəsi istiqamətində sıxlığa görə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslar 9-11 dəqiqə gecikmə ilə hərəkət edir.

3. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində səbəbindən isə həmin ərazidən keçən 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə yaxın gecikmə müşahidə olunur.

4. Abbasqulu ağa Bakıxanov küçəsi – Türkiyə səfirliyi istiqamətində 3 və 17 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17 dəqiqə yaxın gecikmə yaranıb.

5. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 2, 13, 65, 79 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-14 dəqiqəyə yaxın gecikmə müşahidə olunur.

6. Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 13N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-13 dəqiqəyə yaxın gecikmə müşahidə olunur.

7. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində sıxlıqlar müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-12 dəqiqə yaxın gecikmə müşahidə olunur.

8. Binəqədi şossesi – Binəqədi istiqamətində sıxılqla əlaqədar 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13 dəqiqə yaxın gecikmə var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO