“Qarabağda bir ailə” filminin çəkilişlərinə başlanıldı

“Qarabağda bir ailə” filminin çəkilişlərinə başlanıldı

Hazırda oxunan: “Qarabağda bir ailə” filminin çəkilişlərinə başlanıldı

80829

"Qarabağda bir ailə" adlı sənədli-bədii filmin çəklişlərinə başlanıb.  

Bizim.Media xəbər verir ki, film "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına laiq görülmüş Yaşar Hüseynovdan və onun ailə üzvlərindən bəhs edəcək.  

Belə ki, həmin ailənin dörd üzvü Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarına qatılıb.

Onlardan biri - Füzuli Əhəd oğlu Hüseynov şəhid olub, Yaşar Hüseynov isə Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu kimi Füzulidən Şuşaya qədər döyüş yolu keçib. Şuşa şəhərinə ilk dəfə bayraq sancaraq orada azan səsləndirib.  

Qeyd edək ki, filmin sənədli hissəsi Ağdam, Bakı və Bərdə rayonu ərazisində çəkilir. Bədii hissənin isə Ağdam, Beyləqan və Şəki şəhəri ərazisində çəkiləcəyi gözlənilir.  

"Urfansoy film" tərəfindən hazırlanan ekran əsərinin ssenari müəllifi Bizim.Media-nın əməkdaşı Elgün Gəncimsoy, rejissoru isə Taleh Urfansoydur. Həmçinin filmə Ağdam və Şəki dövlət dram teatrlarından aktyorlar dəvət edilib. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO