Silahlı Qüvvələr günü Qusarda möhtəşəm PARAD – FOTO/VİDEO

Silahlı Qüvvələr günü Qusarda möhtəşəm PARAD – FOTO/VİDEO

Hazırda oxunan: Silahlı Qüvvələr günü Qusarda möhtəşəm PARAD – FOTO/VİDEO

80785

Qusarda Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə möhtəşəm tədbir və parad baş tutub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusar İcra Hakimiyyyətinin və Müdafiə Nazirliyinin rayondakı komando hərbi hissəsinin birgə təşkilatçılığı ilə baş tutan bayram tədbiri şəhərin general Mahmud Əbilov adına mərkəzi meydanında keçirilib. 

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səslənib.  

Qusar İH-nin başçısı Şair Alxasov Milli Ordu günü münasibətilə bütün şəxsi heyəti, qaziləri, şəhid ailələrini təbrik edib. 

O, çıxışında 2020-ci il də Azərbaycan Milli Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan şanlı qələbəsindən danışıb. Qusarlıların da bu savaşda xüsusi şücaət göstərdiyini, rayonun Vətən müharibəsində 38 igid oğlunu şəhid verdiyini xatırladan Ş.Alxasov 104 yaşlı Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəf yolunun hər birimizə nümunə olduğunu vurğulayıb. 

Sonra müdafiə naziri Zakir Həsənovun şəxsi heyətə bayram təbriki oxunub.  

Vətən Müharibəsi Qəhrəmanı Renat Şıxnəbiyev, Vətən Müharibəsi qazisi İlkin Alıyev döyüş xatirələrindən söz açaraq şərəfli yol keçmiş Azərbaycan Ordusunda keçdikləri döyüş yolundan qürur duyduqlarını deyiblər.  

Sonra Müdafiə Nazirliyinin Qusardakı komano hərbi hissəsinin komando qrupu xüsusi orijinal döyüş səhnələrini nümayiş etdiriblər. Xüsusi ustalıqla nümayiş etdirilən səhnələr Qusar sakinləri, iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.  

Qusar sakini Nadirşah Şirinov Bizim.Media-ya açıqlamasında bugünkü tədbiri çox sevinclə qarşıladıqlarından danışıb. 

O, bildirib ki, bu gün keçirilən parad Vətən Müharibəsindən, həm də pandemiyadan sonra ilk belə möhtəşəm tədbirdir və bu, hamımızda qürur və iftixar doğurur.  

Qeyd edək ki, Vətən Müharibəsində Qusardakı hərbi hissə 106 şəhid verib. Şəhidlərin ruhunu yad edən tədbir mərkəzi meydandan hərbi hissəyədək olan təxminən 4 km məsafədə paradla başa çatıb. 
Yolboyu qusarlılar hərbçilərin yürüşünü böyük coşqu ilə qarşılayıb. Tədbir hərbi hissədə davam etdirilib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO