Bakıda hərbi yürüş keçiriləcək

Bakıda hərbi yürüş keçiriləcək

Hazırda oxunan: Bakıda hərbi yürüş keçiriləcək

80784

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq. 

Müdafiə Nazirliyindən Bizim.Media -ya verilən xəbərə görə, hərbi orkestrlər iyunun 26-sı saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər: 

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami kinoteatrı - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi; 

- Şəhidlər Xiyabanı - Alov qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı - AzNeft dairəsi - Bəhram Gur heykəli; 

- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı; 

- Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev sarayı - Səməd Vurğun küçəsi - Neftçilər prospekti; 

- Nərimanov heykəli - Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Milli Bank. 

Həmin gün saat 19:00-dan 21:00-dək müəyyən edilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq: 

- Heydər Əliyev parkında (Heydər Əliyev sarayının qarşısı); 

- AzNeft dairəsindəki bayraq meydanında; 

- Muzey Mərkəzi (bulvar fontanının qarşısı); 

- Zabitlər parkında; 

- Koroğlu parkında; 

- Fəvvarələr meydanında. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO