Sosial yardım düzəldəcəyi adıyla dələduzluq edən şəxs məhkəmə qarşısında  

Sosial yardım düzəldəcəyi adıyla dələduzluq edən şəxs məhkəmə qarşısında  

Hazırda oxunan: Sosial yardım düzəldəcəyi adıyla dələduzluq edən şəxs məhkəmə qarşısında  

80781

Astarada sosial yardım düzəldəcəyi adı ilə dələduzluq edən şəxsə cinayət işi açılıb.  

Bu barədə Bizim.Media-ya Astara rayon prokurorluğundan məlumat verilib.

Bildirilir ki, Astara rayon sakinlərinin ünvanlı dövlət sosial yardımı düzəldəcəyi adı ilə onlardan pul vəsaitlərinin alınması barədə müraciətləri əsasında rayon prokurorluğunda araşdırma aparılıb. 
Araşdırmalarla Astara rayonu Ərçivan qəsəbə sakini 1998-ci il təvəllüdlü Baykal Yaqubovun vətəndaşlardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifədə işləyən tanışları vasitəsilə onlara ünvanlı dövlət sosial yardımı təyin etdirəcəyi barədə yalan vədlər verərək, 2 min 550 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb. 

Hazırda iş üzrə istintaq davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO