Məhkəmə sədrilə İNSİDENT yaşayan VƏKİL: “Hakim məni təhqir etdi və hücuma cəhd etdi”

Məhkəmə sədrilə İNSİDENT yaşayan VƏKİL: “Hakim məni təhqir etdi və hücuma cəhd etdi”

Hazırda oxunan: Məhkəmə sədrilə İNSİDENT yaşayan VƏKİL: “Hakim məni təhqir etdi və hücuma cəhd etdi”

80754

Kəlbəcər rayon Məhkəməsində mülki işlə bağlı keçirilən prosesin sonu insidentlə nəticələnib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, məhkəmə iclasında qətnamənin elan edilməsindən sonra Kəlbəcər Rayon Məhkəməsinin sədri, hakim Həsən Qəniyevlə Gəncə ASAN vəkil bürosunun vəkili Natiq Əliyev arasında narazılıq yaranıb.  

Belə ki, vəkil prosesin tam şəkildə məhkəmə iclas protokoluna qeyd edilməsini tələb edib. Bundan sonra hakimlə vəkil arasında mübahisə yaranıb.  

Gəncə ASAN vəkil bürosunun vəkili Natiq Əliyev Bizim.Media-ya özəl açıqlamasında hadisənin baş verməsi faktını təsdiqləyib.  

O bildirib ki, mülki işlə bağlı prosesdə son qərar çıxdıqdan sonra hakim Həsən Qəniyevlə aralarında insident yaşanıb: 

“Bu barədə hələlik geniş açıqlama vermək istəmirəm. Baş verənlərə hüquqi qiymət verilməsi üçün Məhkəmə-Hüquq Şurasına və Vəkillər Kollegiyasına müraciət edilib. Hakimlə aramda əlbəyaxa dava olmayıb. Sadəcə, onu deyə bilərəm ki, hakim öz səlahiyyətlərini aşaraq məni təhqir edib və hücuma cəhd edib”.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO