Göldə boğulan gəncin meyiti tapıldı – YENİLƏNİB  

Göldə boğulan gəncin meyiti tapıldı – YENİLƏNİB  

Hazırda oxunan: Göldə boğulan gəncin meyiti tapıldı – YENİLƏNİB  

80734

Qusar rayonu ərazisindəki "Bənövşəli göl"də batan Köhnə Xudat kənd sakini, 20 yaşlı Amid Səlimovun meyiti FHN-nin dalğıc qrupu tərəfindən səhər saatlarında sudan çıxarılıb.  

Qusar rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır. Mərhumun hansı şəraitdə suda boğulması dəqiqləşdirilir.  

*** 09.04

Qusarın Köhnə Xudat kəndində gənc oğlan göldə boğulub.  

Kənd sakinlərinin Bizim.Media-ya verdiyi məlumata görə, 20 yaşlı Amid Səlimov göldə çimərkən batıb. 

Onun batdığını görən insanlar gənci xilas etməyə çalışıblar. Lakin gəncin həyatını xilas etmək mümkün olmayıb.  

Hadisə ilə bağlı Qusar rayon Prokurorluğunda araşdırma başlanılıb. Bildirilir ki, mərhumun meyitini göldən çıxarmaq mümkün olmayıb. 

FHN-nin axtarış qrupu təəfindən gəncin meyitinin göldən çıxarılması ilə bağlı işlər bu gün davam etdiriləcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO