Xaçmazda minik avtomobilləri toqquşdu - YARALILAR VAR - YENİLƏNİB/FOTO

Xaçmazda minik avtomobilləri toqquşdu - YARALILAR VAR - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Xaçmazda minik avtomobilləri toqquşdu - YARALILAR VAR - YENİLƏNİB/FOTO

80706

Gəndab-Yalama yolunun Xaçmazın Müşkür kəndindən keçən hissəsində baş verən qəzada sürücülərin şəxsiyyəti məlum olub.

Bizim.Media-nın Xaçmazın yerli hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Siyəzən rayon sakini, 26 yaşlı Fərid Nəbi oğlu Əliyevin idarə etdiyi "KİA"markalı avtomobil Xaçmaz sakini, 49 yaşlı Xalud Güləhməd oğlu Quliyevin idarə etdiyi"Mercedes"markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə"KİA"nın sürücüsü Fərid Əliyev və daha 3 sərnişin Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

"Mercedes"də olan sərnişin, Xudat şəhər sakini olan 52 yaşlı Elnarə Nəcməddin qızı Məcidovanın vəziyyətinin daha kritik olduğu deyilir. Baş Dövlət Yol Polisi İdarəsində faktla bağlı araşdırma başlanıb.

*** 20.48 

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun rayonun Müşkür kəndindən keşən hissəsində qeydə alınıb.

"KİA" və "Mercedes"markalı avtomobillər toqüuşması nəticəsində 4 nəfər yaralanıb. 
Xəstəxanaya çatdırılan yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO