Türkiyədə keçirilən “Antalya Cup” turnirində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə birlikdə Kosovo da çıxış edir.
“Qafqazinfo” xəbər verir ki, yığmamızın onlara qarşı oynayacağı adi hal kimi qarşılanmayıb. AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, millimiz bu matçdan imtina edib: “Biz Kosovanın müstəqilliyini tanımırıq. Turnirdən öncə də bizə onların burda olacağı ilə bağlı xəbər gəlməmişdi. Sonra bildik və matçdan imtina etdik”.