Bakıda oğul atasını döyərək öldürdü - MƏHKƏMƏ  

Bakıda oğul atasını döyərək öldürdü - MƏHKƏMƏ  

Hazırda oxunan: Bakıda oğul atasını döyərək öldürdü - MƏHKƏMƏ  

80677

Bakıda atasını öldürməkdə ittiham olunan İlqar Kərimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. 

Bizim.Media-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, İlqar Kərimova Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilib və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. 
İttihama görə, bu il martın 12-də Ramazan Kərimov təzyiq xəstəliyi ilə əlaqədar səhhətinin pisləşməsi nəticəsində ölüb.  

Meyitin daxili müayinəsi zamanı mərhumun baş beyin yarımkürələrinin geniş qansızması aşkar olunub. 

Qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən təkrar zərbələrlə yetirilməsi zamanı törədilməsi müəyyən edilib.  Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin oğlu İlqar Kərimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onu baş nahiyəsinə zərbələr vuraraq törədilməsinə əsaslı şübhələr müəyyənləşib. 

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılanıb.  
Ramiz Kərimov barəsində həbs-qətimkan tədbiri seçilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO