30 il sonra dağılmış yurduna qayıdan məcburi köçkünün ürəkdağlayan VİDEOSU YAYILDI

30 il sonra dağılmış yurduna qayıdan məcburi köçkünün ürəkdağlayan VİDEOSU YAYILDI

Hazırda oxunan: 30 il sonra dağılmış yurduna qayıdan məcburi köçkünün ürəkdağlayan VİDEOSU YAYILDI

80669

Uşaq yaşlarında tərk etdiyi və 30 illik həsrətdən sonra doğma torpağına qovuşan qəhrəmanımızın çəkdiyi görüntülər duyğuları alt-üst edib. Doğulub boya başa çatdığı isti ocağını viran və kimsəsiz görüb, xoşbəxt uşaqlığını, itirdiklərini və əzizlərini səslədi.

Gördüyü dəhşətləri göz yaşları ilə lentə alıb için-için ağldı...

Görüntülərin kim tərəfindən çəkilməsi bəlli olmasa da, qəhrəmanımız yuvası başına uçulan acı taleyini şedevr kadrlarla əks etdirib və vətən həsrətində olan hər birinin fəryadını haraylayıb. Təsirli kadrlar ürəkləri dağlayıb.

“İsmayıl mən gəlmişəm, çölə çıx. Ay Firəngiz xala, İsmayıl evdədi? Niyə cavab vermirsiz? Ay Ziyəddin gəlmişik. Kim var evdə? Hardasız? Mən də oynamağa gəlirəm, məni də aparın. Firəngiz xala, gəlmişəm, isti çörəyindən yeməyə... Hanı bu millət, bu camaat? Nə oldu hamınızın səsi birdən kəsildi?”, - deyə kadrları lentə alan şəxs için-için ağlayır...

Bizim.Media ürəkdağlayan videonu təqdim edir:



Alçina Amilqızı, Bizim.Media 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO