Qubada dövlət qulluğu günündə fərqlənənlər təltif edildi – FOTO

Qubada dövlət qulluğu günündə fərqlənənlər təltif edildi – FOTO

Hazırda oxunan: Qubada dövlət qulluğu günündə fərqlənənlər təltif edildi – FOTO

80658

Dövlət qulluqçularının peşə bayramı günündə Qubada tədbir keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon İH-nin başçısı Ziyəddin Əliyev dövlət qulluğunda çalışan əməkdaşları təbrik edib, onlara uğurlar və sağlamlıq arzulayıb. 

İcra başçısı Ziyəddin Əliyev İH-nin ötən gün dövlət başçısı İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqləməyə görə" medalı ilə təltif edilmiş əməkdaşı Aynurə Yəhyayevanı yüksək mükafat münasibətilə təbrik edib. 
Onun icra hakimiyyətində 20 il qüsursuz işlədiyi xüsusi vurğulanıb.  

Mərasimdə dövlət qulluğunda fərqlənən işçilər də mükafatlandırılıb.  

Qeyd edək ki, Prezident İlham Əliyevin Dövlət qulluqçusu günü münasibətilə təltif etdiyi dövlət qulluqçuları arasında Qusar İH-nin sektor müdiri İlham Xəlilov, Şabran şəhər icra nümayəndəsinin müavini Rəşad Əmrahov, Xaçmaz İH başçısının Hülövlü İƏD üzrə nümayəndəsi Fərman Babayev də var.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO