Siyəzəndə yük avtomobili qatarla toqquşdu - Xəsarət alan var - ÖZƏL

Siyəzəndə yük avtomobili qatarla toqquşdu - Xəsarət alan var - ÖZƏL

Hazırda oxunan: Siyəzəndə yük avtomobili qatarla toqquşdu - Xəsarət alan var - ÖZƏL

80656

Siyəzəndə ağır yol qəzası olub. Yük avtomobili qatarla toqquşub.   

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Azərbaycan Dövlət Dəmir yolunun Siyəzən rayonunun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb.  

Dəmir yolunun "Gilgilçay-Şabran " mənzili adlanan ərazisində keçid məntəqəsini keçmək istəyən Ağdaş rayon sakini, 54 yaşlı Mürvət Babayevin idarə etdiyi "Chacman F300" markalı yük avtomobili hərəkətdə olan Bakı-Yalama yük qatarı ilə toqquşub.

Nəticədə yük avtomobilinin sürücüsü Mürvət Babayev xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Yük daşıyan nəqliyyat vasitələrinin toqquşması faktı Nəqliyyatda Baş Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsində araşdırılır.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO