Qabiliyyət imtahanı verənlərə müraciət olundu

Qabiliyyət imtahanı verənlərə müraciət olundu

Hazırda oxunan: Qabiliyyət imtahanı verənlərə müraciət olundu

80605

Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanlarında iştirak etmək istəyən konsertmeysterlərə müraciət edib. 

DİM-dən Bizim.Media-ya verilən məlumata görə, musiqi sənəti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər iyunun 23-dən etibarən linki vasitəsilə qeydiyyatdan keçib, konsertmeysterin buraxılış vərəqəsini çap edib götürərək imtahan binasına gəlməlidirlər.

Bir konsertmeyster bir növbə ərzində ən çoxu üç abituriyenti müşayiət edə bilər.

Konsertmeysterlər ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisasları üzrə keçirilən imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. 
Konsertmeysterlər əvvəlcə linkinə daxil olub şəxsi kabinet (kabineti olmayanlar) açmalıdırlarlar. Şəxsi kabinet açdıqdan sonra linkinə daxil olub şəxsi kabinetin istifadəçi adı və parolunu daxil etməklə konsertmeysterlərin qeydiyyat sisteminə daxil olmalıdırlar.

Sistemə daxil olduqdan sonra "əlavə et" düyməsinə basmaqla açılan pəncərədə konsertmeysteri olduğu abituriyentin iş nömrəsini daxil edib "Axtar" düyməsini basmaq lazımdır.

Abituriyentin məlumatları yükləndikdən sonra "Yadda saxla" düyməsini basmaq tələb olunur.  Abituriyentləri əlavə edib "Çap et" düyməsini basmaqla buraxılış vərəqəsini çap etmək lazımdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO