Azərbaycan Güləş Federasiyasında OĞURLUQ 

Azərbaycan Güləş Federasiyasında OĞURLUQ 

Hazırda oxunan: Azərbaycan Güləş Federasiyasında OĞURLUQ 

80594

Azərbaycan Güləş Federasiyasından 63 min manatlıq oğurluq etməkdə təqsirləndirilən Kamran Mütəllimov, Vüqar Əsgərov və İmran Zeynalovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. 

Bizim.Media-nın məlumatına görə, iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.  

Xatırladaq ki, 2021-ci il dekabrın 1-də Nərimanov rayonunda yerləşən Azərbaycan Güləş Federasiyasına məxsus ofisdə oğurluq edilib.
Ofisə daxil olan naməlum şəxslər federasiyanın mühasibat otağından içərisində 63 min manat pul olan dəmir seyfi oğurlayıblar.  

Hadisə ilə bağlı polisə məlumat daxil olan kimi araşdırmalara başlanılıb.  

Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən şəxslər - paytaxt sakini Kamran Mütəllimov, Vüqar Əsgərov və Salyan rayon sakini İmran Zeynalov qısa zamanda müəyyən edilibər.

Müəyyən olunub ki, onlardan biri Kamran Mütəllimov əvvəllər həmin federasiyada işlədiyindən seyfin haradan saxlanıldığı barədə məlumatlı olub.

O, işdən çıxandan sonra bu barədə tanışları Vüqar Əsgərov və İmran Zeynalova məlumat verib və birlikdə həmin seyfi oğurlamaq qərarına gəliblər.
Saxlanılan zaman dəstə üzvlərindən oğurladıqları pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb. 

Cinayət işi üzrə zərərçəkmiş qismində Azərbaycan Güləş Federasiyası ilə yanaşı, vətəndaş Tağıyeva Gülçib Böyükkişi qızı tanınıb. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO