Magistraturaya ixtisas seçiminin vaxtı bəlli oldu - Rəsmi AÇIQLAMA

Magistraturaya ixtisas seçiminin vaxtı bəlli oldu - Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Magistraturaya ixtisas seçiminin vaxtı bəlli oldu - Rəsmi AÇIQLAMA

80509

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura pilləsi üçün mayın 29-da keçirilmiş qəbul imtahanının (II cəhd) nəticələri elan olunub. Həmçinin bununla yanaşı qabiliyyət imtahanı tələb edən bir sıra ixtisasların da imtahan mərhələsi yekunlaşaraq cavablar açıqlanıb.

Bəs magistratura səviyyəsi üzrə ixtisas seçiminə nə zaman start veriləcək?

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarov Bizim.Media-ya açıqlamasında bildirib ki, ixtisas seçiminə sayılı günlər qalıb:

“Hazırda sonuncu kurs tələbələri (4-cü kurs) üçün yekun imtahanlar keçirilir. Həmin imtahanlar başa çatandan və ümumi orta müvəffəqiyyət göstəriciləri ali təhsil müəssisələri tərəfindən sistemə daxil olunduqdan sonra ixtisas seçimi başlayacaq. Seçim iyun ayının sonu üçün nəzərdə tutulur. Amma dəqiq tarix hələlik bəlli deyil”, - deyə X.Xanlarov bildirib.

Qeyd edək ki, müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ərizəsi”ndə proqram və ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO