Gəncədə avtoxuliqanlıq edənlər saxlanıldı - FOTO

Gəncədə avtoxuliqanlıq edənlər saxlanıldı - FOTO

Hazırda oxunan: Gəncədə avtoxuliqanlıq edənlər saxlanıldı - FOTO

80490

Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb. 

Bizim.Media xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları keçirdikləri reyd zamanı saxta dövlət qeydiyyat nömrə nişanı ilə idarə edilən “Chevrolet” markalı avtomobilin sürücüsü polis əməkdaşının qanuni tələbinə tabe olmayıb.

Hadisə yerindən yayınan Sahib Hüseynov saxlanılıb, barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.  

Məhkəmənin qərarı ilə o, 15 sutka müddətinə inzibati qaydada həbs edilib. Bundan başqa monitorinq zamanı “VAZ” markalı avtomobil ilə dövlət qeydiyyat nişanı olmadan və konstruksiya dəyişikliyi edərək şəhər ərazisində avtoxuliqanlıq edən Səlim Əmirov da saxlanılıb və məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.  

Davam etdirilən tədbirlər nəticəsində daha bir “VAZ” markalı avtomobilin sürücüsünün qanunla qadağan edilməsinə baxmayaraq çoxavazlı səs siqnalından istifadə etməsi məlum olub.
Məhkəmənin qərarı ilə səs siqnalı müsadirə edilib, sürücü isə 500 manat miqdarında cərimə edilib.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO