Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Səadət Xəlilov barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.
Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə S.Xəlilovun həbs müddəti 1 il azaldılaraq 8 ilə endirilib.
İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçirib.
S.Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən şəxs məhkəmə dövründə azadlıqda olublar. Onlar haqqında axtarış elan edilib. Q.Muxtarov və S.Abuşovun işi S.Xəlilovun işindən ayrılıb. S.Xəlilov tək mühakimə olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Xəlilov verilmiş ittihamlarla təqsirli bilinərək, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işi üzrə S.Əliyev zərərçəkmiş qismində tanınsa da, S.Xəlilov 2 milyon manatı Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:46 / 22.06.2022
AMEA rəsmisinin 2 milyon manatını ələ keçirən şəxsin cəzası azaldıldı – İşdə Tağı Əhmədovun da adı keçir
Hazırda oxunan: AMEA rəsmisinin 2 milyon manatını ələ keçirən şəxsin cəzası azaldıldı – İşdə Tağı Əhmədovun da adı keçir
Hazırda oxunan: AMEA rəsmisinin 2 milyon manatını ələ keçirən şəxsin cəzası azaldıldı – İşdə Tağı Əhmədovun da adı keçir
80429
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.