Tarixi abidəni qazıb xəzinə axtaran 2 şəxs TUTULDU - RƏSMİ 

Tarixi abidəni qazıb xəzinə axtaran 2 şəxs TUTULDU - RƏSMİ 

Hazırda oxunan: Tarixi abidəni qazıb xəzinə axtaran 2 şəxs TUTULDU - RƏSMİ 

80416

Şəkidə tarixi abidədə qanunsuz qazıntı işləri aparan şəxslər müəyyən olunub. Söhbət rayonun Orta Zəyzid kəndi ərazisində yerləşən tarixi abidədən gedir. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, iyunun 20-də Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Orta Zəyzid kəndi ərazisində yerləşən tarixi abidədə qanunsuz qazıntı işlərinin aparılması ilə bağlı məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həmin yerə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədənlərin rayon sakinləri- Şamil Kərimov və Bayram Ağaməmmədov olduqları müəyyən edilib. Onlar ifadələrində abidənin giriş hissəsində qanunsuz qazıntı işləri apardıqlarını etiraf ediblər. Həmçinin oradan tarixi əşya və yaxud maddi mədəniyyət nümunəsi tapmadıqlarını bildiriblər.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Qeyd edək ki,qanunsuz qazıntı işləri aparılan həmin tarixi abidənin hər hansısa bir hissəsinə ziyan dəyməyib.
Məlumat üçün bildirək ki, Zəyzid məbədi Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən təxminən X-XI əsrlərə aid kilsədir. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO