Samuxda tanışların münaqişəsi qanla bitdi - 33 yaşlı kişi qətlə yetirildi 

Samuxda tanışların münaqişəsi qanla bitdi - 33 yaşlı kişi qətlə yetirildi 

Hazırda oxunan: Samuxda tanışların münaqişəsi qanla bitdi - 33 yaşlı kişi qətlə yetirildi 

80389

Samux rayonunda qətl hadisəsi baş verib. 

Bu barədə Bizim.Media-ya Samux rayon prokurorluğundan məlumat verilib.  

Bildirilir ki, iyunun 22-i saat 01 radələrində Samux rayonu, Füzuli kəndi ərazisində 1989-cu il təvəllüdlü Cavid Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1990-cı il təvəllüdlü Mədət Tağıyevin yaşadığı evin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək, C.Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. M.Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO