Millət vəkilləri Nazirlər Kabinetinin son qərarı haqqında: “Sərhədləri açmaq lazımdır”

Millət vəkilləri Nazirlər Kabinetinin son qərarı haqqında: “Sərhədləri açmaq lazımdır”

Hazırda oxunan: Millət vəkilləri Nazirlər Kabinetinin son qərarı haqqında: “Sərhədləri açmaq lazımdır”

80303

Nazirlər Kabinetinin ötən gün elan etdiyi qərarlara görə, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi ləğv edilib.

Nazirlər Kabinetinin başqa bir qərarı ilə şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və mərasimin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi də ləğv olunub.  
 

MÖVZU İLƏ BAĞLI:

Quru sərhədləri açılsa, nə baş verəcək? – Ekspert ilkin şərtləri AÇIQLADI


Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bunları sadəcə olaraq düzəliş etmək üçün verilən qərar kimi dəyərləndirib:

“Açığı 10 nəfərdən artıq qruplarda cəmləşmə ilə bağlı hələ də belə bir qadağanın qaldığını bilmirdim. Hesab edirəm ki, Operativ Qərargahın verdiyi həmin qərar sadəcə olaraq faktın konsatasiyası oldu. Onsuz da bir yerə 10, 20, hətta yüz nəfərin yığıldığının da şahidi olurduq.

Onsuz da artıq qadağalara əməl olunmurdu. Ona görə də qərar sadəcə olaraq, düzəliş etmək üçün verilən qərardır. Bizim üçün elə də önəmli hadisə olmadı. 

Amma yenə də quru sərhədləri açılmadı. İstərdim ki, tez zamanda bununla bağlı da konkret qərarlar verilsin. Ən azından müəyyən yüngülləşdirmələrə gedilsin. Vaksin pasportlarının yoxlanılması hələ də qüvvədədir. Bu da absurddur. Çünki demək olar hamının pasportu var. Ona görə insanları bu qədər incitməyə ehtiyac yoxdur”.

Milli Məclisin üzvü Aydın Mirzəzadə isə qeyd edib ki, yoluxma hadisəsi azaldıqca qadağalar da götürülür:

“Koronavirus azaldıqca digər məhdudiyyətlər də aradan götürülə bilər. Amma hələ də ehtiyatlı olmalı, insanlar özünü qorumağı bacarmalıdır”.    
Digər deputat Asim Mollazadə ümid edir ki, qadağanın aradan götürülməsi istiqamətində addımlar növbəti mərhələdə də davam edəcək:

“Əslində, Azərbaycanda COVİD-19-la bağlı vəziyyət normallaşır. Ona görə də qadağalardan bəziləri ləğv edilir, bəziləri də yüngülləşdirilir. Sentyabra qədər vəziyyət uzadılıb. Yoluxma sayı və ətraf ölkələrdəki vəziyyətdən asılı olaraq ümid edirəm ki, proses ölkəmizdə daha da yüngülləşəcək. Lakin bəzi ölkələrdə koronavirusun yenidən qayıtması da narahatlıq doğurur”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO