Adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu

Adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu

Hazırda oxunan: Adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu

80273

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən Vidadi Məlikov 14 il, Rəşad Hüseynov və Zamin Hüseynov 11 il, Şahnaz İbrahimova 10 il, Mirməhəmməd Qədirov və Elçin Babayev isə 9 il azadlıqdan məhrum edilib. 
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145.2.5 (145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə təqsirli biliniblər. 

Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qismində tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO