Bu il ölkəmizdə 106 uşaq övladlığa verilib

Bu il ölkəmizdə 106 uşaq övladlığa verilib

Hazırda oxunan: Bu il ölkəmizdə 106 uşaq övladlığa verilib

80268

2019-cu il noyabrın 1-dən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.

Bununla əlaqədar “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılib, övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilərək, bu sahədə yeni müasir idarəetmə mexanizmi yaradılıb, övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı təmin edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda uşaqlar xarici vətəndaşlara övladlığa verilirmi?


Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, yaradılan altsisteminə övladlığagötürmə ilə əlaqədar 2020-ci ildə 157, 2021-ci ildə bundan 2,4 dəfə çox olmaqla 378 müraciət daxil olub.

Ümumilikdə indiyədək altsisteminə 691 müraciət daxil olub.

2019-cu ilin noyabrın 1-dən sonra 254 uşaq, o cümlədən 131 oğlan, 123 qız övladlığa götürülüb. Bu ilin ötən dövrü ərzində 106 uşaq övladlığa verilib.

Onu da qeyd edək ki, 2021-ci ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət təsis edilib.

Yeni sosial islahat paketi çərçivəsində həmin müavinət bu ilin əvvəlindən 25 faiz artırılaraq, övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud uşağa görə 480 manatdan 600 manata çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO