Yeni dərs ili sentyabrın 1-də başlayacaq? – Təhsil Nazirliyinə sosial MESAJ

Yeni dərs ili sentyabrın 1-də başlayacaq? – Təhsil Nazirliyinə sosial MESAJ

Hazırda oxunan: Yeni dərs ili sentyabrın 1-də başlayacaq? – Təhsil Nazirliyinə sosial MESAJ

80253

Son 30 ildə təhsil sistemimiz bir növ eksperimentlər poliqonuna çevrilib. Nəticədə bəlkədə ən çox zərər və itki görən sektor da təhsilimiz olub. Müstəqillik dövründə bu sahədə həyata keçirilən “yenilik”dən biri də orta və ali təhsil müəssisələrində tədrisin 15 sentyabrdan başlamasıdır.

Heç bir elmi-texniki hesablama aparmadan, ictimai rəyi öyrənmədən qərar verildi ki, dərslər 15 sentyabrdan başlasın və 15 iyunda başa çatsın.

Sonrakı proseslər göstərdi ki, bu yanlış qərardır. Çünki, may ayının sonunda artıq orta məktəblərdə tədris dayandırılır. Hətta mayın 25-dən başlayaraq məktəblərdə dərsliklər yığılır. Əgər dərsliklər tədris ili qurtarmamışdan 20 gün qabaq yığılırsa onda hansı dərsdən sönbət gedə bilir. Bu qayda ən çox buruaxılış sinifləri üçün problem yaradır.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni fərmanla Təhsil Nazirliyi hansı səlahiyyətləri əldə edib? - DETALLAR


Bildiyimiz kimi, artıq mart ayından başlayaraq 9 və 11-ci siniflərdə buraxılış, aprel ayından isə ali və orta ixtisas məktəblərinə qəbul imtahanları keçirilir. Elə isə iyunda tədris olunan dərsdən öyrədilənlər hansı imtahanlarda sınaqdan keçirilir?

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu yanlış və zərərli bir qərar olub:

“Fikrimcə, bu qərar təhsil sistemimizdə məqsədli şəkildə dolaşıqlıq yaratmaq üçün verilib. Məhz bu qərara görə, Azərbaycanda bütün tədris planı allaq-bullaq olub. Sentyabrın 15-də tədris ili başlayır. Ayın sonuna kimi ancaq planlaşma və uyğunlaşma gedir. Nəticədə, sentyabr ayını itiririk. İyun ayının istiləri isə həm şagirdləri, həm də müəllimləri yorur. Mən inanmıram ki, hansısa məktəbdə iyun ayında keyfiyyətli dərs keçirilsin”.

Təhsil üzrə ekspert Elşad Qafarov da Bizim.Media-ya bildirdi ki, tədris ilinin 1 sentyabrdan başlanılmasına qyıdılmalıdır:

“Bunu zəruri edən əsas səbəb ölkəmizin yerləşdiyi iqlim qurşağıdır. Bildiyimiz kimi may ayının 15-dən başlayaraq Aran, Aşağı Şirvan, Aşağı Qarabağ və Kür boyu ərazilərdi kəskin istilər müşahidə olunur.
Bu da uşaqların və müəllimlərin sağlamlığına və psixikasına çox mənfi təsir edir. Beləcə, onlar son bir ayı sadəcə yola verirlər. Sentyabrın əvvəli isə nisbətən sərin olur.

Digər tərəfdən tədrisin 15 sentyabrdan başlaması rüblüklərin mizanını pozub. İndi bilinmir ki, birinci rüb hansı dövrü əhatə edir, dördüncü rüb nə vaxt başlayır. Ona görə də tədrisin 1 sentyabrda başlaması zərurətdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO