2 yaşlı uşağına işgəncə verən ana xəstəxanadan niyə BURAXILIB? - Nazirlikdən AÇIQLAMA

2 yaşlı uşağına işgəncə verən ana xəstəxanadan niyə BURAXILIB? - Nazirlikdən AÇIQLAMA

Hazırda oxunan: 2 yaşlı uşağına işgəncə verən ana xəstəxanadan niyə BURAXILIB? - Nazirlikdən AÇIQLAMA

80242

Xəbər verdiyimiz kimi 2 yaşlı körpəsinə amansızcasına işgəncələr verən və qonşuların şikayəti ilə 4 gün əvvəl 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən qadın dispanserdən buraxılıb.

Qonşularının iddiasına görə psixi durumu yerində olmayan ana dəfələrlə uşağını döyüb, azyaşlıya narkotik vasitə verib, hətta körpəni  eyvandan atmaq istəyib. 2 yaşlı övladı Azərbaycan uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.
 

MÖVZU İLƏ BAĞLI:

2 yaşlı uşağına narkotik verən ana sığınacaq qarşısında DAVA SALDI - VİDEO  


Ötən gün isə o, Azərbaycan Uşaqlar Birliyinin qarşısında qalmaqal yaradaraq, uşağını geri istəyib.

Respublika Psixiatriya Xəstəxanasından Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 1984-cü il təvəllüdlü, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Bəhrəmova Jalə Bəhrəm qızı 16.06.2022 -ci il tarixdə saat 17:25 radələrində təcili tibbi yardım vasitəsilə xəstəxanaya qəbul olunub.

Qurumdan qeyd olunub ki, Jalə Bəhrəmova qəbul olunarkən davranışı, psixi vəziyyəti və hansısa bir narkotik preparatların istifadəsi barədə heç bir rəsmi sənədlər (qonşuların ərizəsi, hüquq mühafizə orqanlarının rəsmi məktubu, xəstənin psixiatriya stasionarında qeyri-könüllü yerləşdirilməsi haqqında məhkəmə qərarı) təqdim olunmayıb.  

18.06.2022-ci il tarixdə qardaşının iştirakı ilə Jalə Bəhrəmova Həkim Məsləhət Komissiyasına təqdim olunub, şikayətləri dinlənilib, psixi vəziyyətinə uyğun olaraq ona müvafiq diaqnoz təyin olunub.  
Təyin olunmuş diaqnoz “Psixiatriya yardımı haqqında”  qanununa əsasən xəstənin psixiatriya stasionarında qeyri-könüllü yerləşdirilməsinə əsas vermədiyi üçün Jalə Bəhramova 18.06.2022 -ci il tarixdə saat 13:00 radələrində qardaşının müşayətilə evə yazılıb. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO