Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş Əfsəl Həsənəliyev ozunu yandırmaq istəyib.
Bizim.Media xəbər verir ki, hadisə bu gün Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə baş verib.
Vəsatətlərinin təmin olunmamasına etiraz edən zərərçəkmiş üstünə yandırıcı maye toküb və yandırmaq istəyib.
Onun bu cəhdinin qarşısı alınıb və zaldan çıxarılıb.
Qeyd edək ki, bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:26 / 21.06.2022
Hərbi məhkəmədə zərərçəkmiş ozunu yandırmaq istədi
Hazırda oxunan: Hərbi məhkəmədə zərərçəkmiş ozunu yandırmaq istədi
Hazırda oxunan: Hərbi məhkəmədə zərərçəkmiş ozunu yandırmaq istədi
80239
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.