2 yaşlı uşağına narkotik verən ana sığınacaq qarşısında DAVA SALDI - VİDEO  

2 yaşlı uşağına narkotik verən ana sığınacaq qarşısında DAVA SALDI - VİDEO  

Hazırda oxunan: 2 yaşlı uşağına narkotik verən ana sığınacaq qarşısında DAVA SALDI - VİDEO  

80201

Xəbər verdiyimiz kimi, 5 gün əvvəl Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən anası tərəfindən mütəmadi fiziki zorakılığa məruz qalan 2 uşaq Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.  

Ana isə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.  

Ötən gün xəstəxanadan buraxılan qadın uşağını götürmək üçün Azərbaycan Uşaqlar Birliyinin qarşısında dava salıb.
 

MÖVZU İLƏ BAĞLI:

2 yaşlı körpəsinə narkotik verən ana ruhi dispanserdən BURAXILIB – Səhiyyə Nazirliyi TƏNQİD OLUNDU 


O, sığınacağın qarşısına gələrək övladının oğurlandığını deyib və əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağırılıb. Hətta sığınacaq rəhbərinə və polislərə hədə-qorxu da gəlib.  

Qeyd edək ki, ötən gün Kəmalə Ağazadə Bizim.Media-ya açıqlamasında uşağın Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ailənin vəziyyətinə uyğun qiymətləndirilərək müəssisəyə gətirilməsinə qərar verib.  

Azyaşlının oradan götürülməsi, anaya verilməsi və ya başqa müəssisəyə köçürülməsi ilə bağlı qərarı da Abşeron Rayon İcra Hakimiyyəti verəcək.  

Ananın 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından diaqnoz qoyulmadan çıxarılması ilə bağlı məsələyə hələlik Səhiyyə Nazirliyindən reaksiya verilməyib.  

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO